Bakı İdman Sarayının təşkilatçılığı ilə adıçəkilən idman arenasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan-100” adlı İdman Döyüş Növləri Festivalı keçirilib. Üç gün davam edən yarışlarda müxtəlif döyüş idman növlərində (karate (WKF, şotokan, kyokşin, ənənəvi), uşu, kun-fu, “Savat”, Çin döyüş növləri və s.) 27 idman təşkilatından 2100 idmançı (uşaq, yeniyetmə və gənclər) öz qüvvəsini sınayıb.
Muxtar respublikadan “Qapıçıq” və “Zərbə” karate klublarından ümumilikdə 24 idmançı festivala qatılıb. Naxçıvan idmançıları karate liqalarında uğurla çıxış edərək 6 qızıl, 12 gümüş və 10 bürünc medal qazanıblar.
“Zərbə” Karate Klubunun idmançıları I liqada 1 qızıl, 7 gümüş, 3 bürünc, II liqada 2 qızıl, 2 gümüş, “Qapıçıq” Karate-do İdman Klubunun təmsilçiləri isə I liqada 1 qızıl, 1 gümüş, 2 bürünc, II liqada isə 2 qızıl, 2 gümüş 5 bürünc medal əldə ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti